Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb işçilərinin işə qəbul üzrə müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Shimal.News xəbər verir ki, müsabiqə xəstəxanaya işə girmək üçün vakant yerlərə müraciət edən çoxsaylı tibb işçilərinin, “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Kamil Hacıyevin və imtahan komissiyanın üzvlərinin birgə iştirakı ilə baş tutub.
Müsabiqədə iştirak edən tibb işçilərinə imtahanın tələblərinə uyğun olaraq iş yerləri təqdim olunub.