Qusar rayon Mədəniyyət Mərkəzində işçilər üçün teatr nümayiş etdirilib. Bu haqda ShimalNews 5 dekabr tarixində məlumat verir.
Dövlət Ləzgi Dram Teatrı Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsəri əsasında "Sus" tamaşasını səhnələşdirib.
Əsərin quruluşçu rejissoru və musiqi tərtibatçısı Abdulla Əlşadlı, quruluşçu rəssam Bədəl Bədəlov olub.