Qusarda bir necə küçənin asfaltlanacağı 2 il öncə vəd edilib. Bu barədə ShimalNews 26 iyul tarixində məlumat verir.
Söhbət Qarabağ müharibəsində şəhid olan Mehman Həsrətovun, prezident təqaüdçüsü Əmir Mustafayevin və görkəmli şəxsiyyət Səməd bəy Mehmandarovun adlarını daşıyan küçələrdən gedir.
Sakinlərin sözlərinə görə, burada təxminən 6 il öncə “Azərsu” ASC tərəfindən kanalizasiya xətləri çəkilib və lüklər qoyulub. Bu gün onlar torpaq altında qalıb. Çınqıl daşlar mütəmadi olaraq quyulara dolur və təmizlənmir. Hər yağış yağanda quyulardan su fəvvarə kimi püskürür.
Bu küçələrdə yaşayan təxminən 120 ailənin əsas sıxıntısı isə yolun olmaması ilə bağlıdır. Burada əmələ gələn gölməçələri piyada keçmək mümkün deyil. 2020-ci ildə Səməd bəy Mehmandarov küçəsinə və digərlərinə asfalt salınacağı bildirilmişdir. Hələ ki, vəziyyət dəyişilməz olaraq qalır.
[caption id="attachment_21366" align="alignnone" width="1920"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21367" align="alignnone" width="1920"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21368" align="alignnone" width="1920"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21369" align="alignnone" width="1920"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21370" align="alignnone" width="1920"]
Photo Shimal.News[/caption]