Qusarın Zuxul kəndində polis əməliyyat-axtarış tədbiri keçirib. Bu barədə ShimalNews 3 may tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Kənd sakini M.Rəhmanovun həyətindən “TOZ” markalı ov tüfəngi aşkar edilib. Həmin silah müsadirə olunub.