Qusar rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 26 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Girik kəndində həyətyanı sahəyə yığılan 2 ton ot bağlaması yanıb. Əraziyə FHN-in bölmələri cəlb edilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.