Qusar şəhərində “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 27 iyul tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Səyyar qəbul 29 iyul saat 11:00-da H.Əliyev prospektində, Rəsm Qalereyasının qarşısında baş tutacaq.
Vətəndaşlar aksiyanın imkanlarından yararlanaraq onları narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini ünvanlaya bilərlər.