top
Qusarda meşə ağaclarının kəsilməsinə görə cinayət işi başlanıb
14 may 2024, 14:03
- ↺ +

Qusarda meşə ağaclarının kəsilməsinə görə cinayət işi başlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar geniş müzakirə olunan Qusar rayonunda meşə ağaclarının qanunsuz kəsilməsi məlumatı əsasında Baş Prokurorluqda araşdırma aparılıb. Bu barədə ShimalNews 14 may tarixində xəbər verir.

Araşdırmalar aparılıb və vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etmələri, çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22.3 hektar torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kimi təyinatı, onların Qusar şəhər bələdiyyəsinin balansına verilməsi, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanması, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılması, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.

Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Cinayət işi nəzarətdə saxlanmaqla görülmüş tədbirlər, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.

[caption id="attachment_60397" align="alignnone" width="640"]Qusarda meşə ağaclarının kəsilməsinə görə cinayət işi başlanıb  [/caption]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Dünən, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Dünən, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Dünən, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Dünən, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Dünən, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Dünən, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Dünən, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Dünən, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Dünən, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Dünən, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Dünən, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Dünən, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Dünən, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Dünən, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
01 noyabr 2026, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

Oxşar xəbərlər