Qusar şəhərində kafe kimi fəaliyyət göstərən məkanda yanğın olub. Bu barədə ShimalNews 29 aprel tarixində məlumat verir.
Ümumi sahəsi 160 kv.m olan birmərtəbəli obyektin mətbəxi, dəhlizi və dam örtüyü yanıb. Yüksək temperaturdan 2 otağın lambirdən ibarət tavanı əriyib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Alov söndürülüb.