Qusarda oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri də üzə çıxıb. Bu barədə ShimalNews 28 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Ş. Əfəndiyev tutulub. Onun ətrafında aparılan tədbirlər zamanı daha iki evdə oğurluq etdiyi müəyyən edilib.
Ümumilikdə həmin evlərdən 900 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.