Qusar rayonunun Yasab kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 450 m² (hər mərtəbəsi 225 m²) olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsində bir otağın və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.