top
Qusarda DƏHŞƏT: Dostunu içirdib əl-qolunu bağlayaraq zorladı
07 yanvar 2025, 13:13
- ↺ +

Qusarda DƏHŞƏT: Dostunu içirdib əl-qolunu bağlayaraq zorladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusarda kişi öz dostunu cinsi əlaqədə olmaq üçün döyüb.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1989-cu il təvəllüdlü Zamir Əliyev (ad şərtidir) Qusar rayonu, Hil kəndində anadan olub. O, Cinayət Məcəlləsinin 29. 318, 185, 128, 180 və 177-ci maddələri ilə məhkum olunub. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Zamir Əliyev həmkəndlisi Maksim Qurbanov (ad şərtidir) ilə eyni yerdə işləyib. Hadisə günü Maksimə məxsus evdə birlikdə spirtli içki qəbul etdikdən sonra Zamir onu döyməyə başlayıb. Daha sonra Zamir Maksimin əl-qolunu lentlə bağlayaraq cinsi əlaqədə olmağa məcbur edib. O, Maksimə xəsarətlər yetirərək seksual xarakterli zorakılıq hərəkətləri edib.

Zamir Əliyev Azərbaycan Respublikası CM-nin 29, 150.1-ci (köməksiz vəziyyətdə olan digər şəxsə zorakılıq etmə) maddəsi ilə təqsirləndirilib.

Təqsirləndirilən Zamir Əliyev məhkəmədəki ifadəsində özünü ittiham üzrə təqsirli bilməyib. Ona qarşı irəli sürülən iddiaların hamısını rədd edərək, ətraflı ifadə verməyib.

Nəticədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə zalında elan olunub. Zamir Əliyev ibtidai istintaqdakı ifadəsində əməlini qəbul edib:

“Maksimi uşaqlıqdan tanıyıram. Lakin onunla münasibətim 2021-ci ildə yaranıb. Adətən bir yerdə yeyib-içirdik, öz evimdən daha çox Maksimin evində olurdum. Fəhlə işlədiyim bağdan evimə qayıdanda yolda Maksimlə qarşılaşdım. Onun mağazaya borcu olduğu üçün mənə pul verdi ki, araq alım. Arağı gətirib verəndə Maksim onunla birlikdə içməyimi təklif etdi və birlikdə evə getdik.

Bir qədər içdikdən sonra sərxoş oldum və Maksimə qarşı ehtirasım yarandı. Onunla cinsi əlaqədə olmaq istədim və otaqdakı odun sobasının yanında yorğan-döşəyin üzərində uzanmış Maksimə yaxınlaşdım. Ona bu istəyimi desəm də, razı olmadı. Buna görə də, hər nə yolla olursa-olsun, Maksimlə cinsi əlaqədə olmaq qərarına gəldim. Onu soyundurmaq istədikdə müqavimət göstərməyə başladı. Əsəbləşib yumruq zərbələri vurdum. Əl-qol hərəkətləri etdiyi üçün lentlə əllərini və ağzını bağladım. 30 dəqiqə fasilələrlə döydükdən sonra əynindəki paltarı bıçaqla kəsib soyunduraraq cinsi əlaqədə oldum. İşimi bitirdikdən sonra əynimi geyinib evə getdim. Maksimlə zorla cinsi əlaqədə olduğumu dərk etmədim, həmin vaxt sərxoş idim. Əməlimdən peşmanam və bir daha belə hərəkətlər etməyəcəyimə söz verirəm”.

Məhkəmənin gedişatında zərərçəkmiş Maksim Qurbanov ifadə verib. O, ifadəsində göstərib ki,

“Hadisə günü, yəni yanvarın 31-i Zamirlə birlikdə içki içdik. Sonra sobanın yanında yatmaq üçün uzandım. Zamir məni döyüb, əllərimi və ayaqlarımı bağladı. Onunla cinsi əlaqədə olmaq istəmədiyim üçün məni elə döydü ki, huşumu itirdim. Oyandıqdan sonra polisə zəng etmək istədim, konturum yox idi.

Əynimdəki paltarları çıxarmaq istəyəndə qoymurdum deyə, bıçaqla kəsdi. Məcburi cinsi əlaqədə oldu”.

Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verilərək Zamir Əliyevin cinayəti törətməsi sübuta yetirilib.

Məhkəmənin qərarı ilə Zamir Əliyev 5 il müddətində azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər