Azərbaycanın ölkə ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək. Bu haqda ShimalNews 1 dekabr tarixində “İqtisadiyyat.az”a istinadən məlumat verir.
Məlumata görə, mənzillər Qusarla yanaşı, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa, Salyan və Göygöl rayonlarında, eləcə də Şirvan şəhərində təqdim ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabrın 5-də 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar tender elan edilib. Müsabiqə dekabrın 11-də yekunlaşacaq.