Gələn ilin mart ayında Qusarın “Şahdağ” Turizm Mərkəzində Xizək Alpinizmi üzrə ilk beynəlxalq yarış keçiriləcək. Bu haqda ShimalNews 16 dekabr tarixində məlumat verir.
Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (“International Ski Mountaineering Federation” - ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək.