Quba-Xaçmaz Regional Məşğulluq filialı işsiz və işaxtaran şəxslər üçün yarmarka təşkil edəcək.
Shimal.News xəbər verir ki, tədbir Qusar şəhəri, Mirzə Vəliyev küçəsi 6 (Heydər Əliyev Mərkəzi), dekabrın 5-i, saat 11:00 - da başlayacaq və 2 saat davam edəcək.
Müraciət edənlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.