Qusar məktəbində “İxtisas Bələdçisi” adlı məlumatlandırıcı tədbir keçirilib. Bu barədə ShimalNews 27 iyul tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir T. İsmayılov adına 6 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Seminar iştirakçılarına əmək bazarının tələbləri barədə məlumatlar təqdim olunub, abituriyentlərə düzgün ixtisas seçimi ilə bağlı tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.
“İxtisas Bələdçisi” Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə baş tutub.