Ləzə kəndində yerləşən yaylaq sahəsindən 12 baş iribuynuzlu heyvanın itməsi ilə bağlı polisə müraciət olunub. Bu haqda ShimalNews 13 dekabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Faktla bağlı müvafiq araşdırmalara baṣlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Asif Binyətov müəyyən edilərək saxlanılıb.
Cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.