Qusar Rayon Mərkəzi Xəstəxanasına təyin olunan yeni direktor kollektivə təqdim olunub. Bu haqda ShimalNews 1 dekabr tarixində xəbər verir.
TƏBİB-nin Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev yeni təyin olunan Pərviz Məhsimovu tibb işçiləri ilə tanış edib.
İxtisasca həkim-cərrah olan P. Məhsimov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. O, bu təyinatadək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə Nəzarətin İdarə Edilməsi Komitəsinin rəhbəri olub.