Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda ShimalNews 6 noyabr tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 5 nəfəri saxlayıblar. Onlardan 4-ü - Renad Vəlimətov, Samiddin İsabalayev, Zamir Şixəliyev, Namik Ağabəyov Qusar rayonundan, 1nəfər - Ramil Abdurəhmanov isə Quba rayonundandır.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.