Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Qusar və Quba rayonlarının sakinlərini qəbul edəcək. Bu haqda ShimalNews 15 may tarixində məlumat verir.
Görüş mayın 24-ü Qusar rayonunda baş tutacaq. Vətəndaşların nazirliyə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
İştirak etmək istəyənlər 21 may tarixinədək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.