Milli Məclisin bu gün keçirdiyi iclasda Azərbaycanın Qusar rayonu ərazisindəki “Samur” və Rusiyanın “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqələrində avtomobil körpüsünün istismarı qaydaları müəyyən olunacaq.
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) və “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə layihə qəbul olunub.