Qusar rayon sakini bank kartından 346 manat pul oğurladığına görə tutulub. Bu barədə ShimalNews 9 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə isitnadən məlumat verir.
Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə 26 yaşlı Sahil Xaspoladov saxlanılıb. Onun barəsində araşdırmalar davam etdirilir.
Şəkildə göstərilən şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.