Qusar şəhərində qaraj yanıb. Bu barədə ShimalNews 29 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 14 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə və qismən içərisində olan əşyalar yanıb.
Əraziyə cəlb olunan yanğından mühafizə bölmələri qarajın qalan hissəsini və ətrafdakı digər qarajları yanğından mühafizə ediblər.