Qusar rayonu Qadın Resurs Mərkəzi “Saç ustası” təlimlərinə start verib. Bu barədə ShimalNews 27 iyul tarixində mərkəzə istinadən məlumat verir.
2 ay davam edəcək təlimə mərkəzin 5 nəfər xanım üzvü qatılıb. İştirakçılara uğurlu bərbərin sirləri - saç yığımları, kəsimləri və düzümləri, makiyaj, manikür, pedikür və s. praktik olaraq öyrədiləcək.
Təlimlərdə sona qədər iştirak edən və uğurlu nəticələr əldə edən şəxslərə sertifikatın verilməsi nəzərdə tutulub.