Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalov 7 il həbs hökmü ilə razı deyil. Bu haqda ShimalNews 27 noyabr tarixində “Pravda.az”a istinadən xəbər verir.
Hadisə 2021-ci ildə baş verib. Təqsirləndirilən 2000 manat pul vəsaiti tələb edib, onun 1000 manat məbləğini xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb. Məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edib.
M.Zeynalov barəsindəki hökmdən kassasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.