Qusar rayon Qadın Resurs Mərkəzində "Açıq qapı" günü keçirilib. Bu barədə ShimalNews 29 iyul tarixində mərkəzə istinadən məlumat verir.
Tədbirdə vətəndaşlara mütəxəssislər tərəfindən müxtəlif mövzularda müvafiq peşəkar dəstək göstərilib. Psixoloq və hüquqşünasın iştirakı ilə ehtiyacı olan ailələrə problemlərin həll olunmasında, maarifləndirilməsində peşəkar dəstək göstərilib. "Açıq qapı" günündə 6 nəfər psixoloji, 6 nəfər isə hüquqi xidmətlərdən yararlanıb.
Görüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qusar rayon İcra Hakimiyyəti və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilib.