"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs barəsində inzibati protokol tərtib olunub. Bu haqda ShimalNews 13 fevral tarixində “Pravda.az”a istinadən xəbər verir.
Müəssisə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsilə məsuliyyətə cəlb olunub.
İşə fevralın 23-də Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilovun icraatında baxılacaq.