Qusar Peşə Liseyində yeni tədris ili üzrə tələbə qəbuluna start verilir. Bu barədə ShimalNews 28 iyul tarixində liseyin Facebook hesabına istinadən məlumat verir.
Peşə təhsili müəssisəsinə aşpaz, dərzi, bərbər-vizajist-manikürçü, kompüterlərin təmiri və texniki xidməti üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyorü ixtisaslar üzrə qəbul gözlənilir.
Peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.