Qusar Rayon Mərkəzi Xəstəxanası müharibə iştirakçıları ilə iş üzrə mütəxəssislərinə Təşəkkürnamə təqdim edib. Bu haqda ShimalNews 21 noyabr tarixində məlumat verir.
TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Elxan Məmmədov və İsaq Başaratov təltif ediliblər. Onlar xəstəxanaya müraciət edən şəhid ailələrinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə tibbi xidmətin əlçatanlığını yüksəltmək üçün göstərdikləri nümunəvi fəaliyyətə görə mükafatlandırılıblar.