Qusar şəhər 4 saylı tam orta məktəbin müəllimi təşəkkürnaməyə layiq görülüb. Bu haqda ShimalNews 6 dekabr tarixində məlumat verir.
"Beynəlxalq qiymətləndirmə tədqiqatının təşkili və keçirilməsi"ndə səmərəli fəaliyyətinə görə informatika müəllimi Fəxri Piroğlanov təltif edilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ona mükafatını təqdim edib.