Qusar rayonunda məktəbin tikintisi 3,3 milyon manata başa gələcək. Bu haqda ShimalNews 30 oktyabr tarixində FED.az-a istinadən məlumat verir.
Elm və Təhsil Nazirliyinin “Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi” tenderlərin nəticələrini açıqlayıb. Bu vəsait Kuzunqışlaq kənd 220 şagird yerlik tam orta məktəbin tikintisinə ayrılıb. İşlər “Progress-Construction Group” MMC şirkəti tərəfindən həyata keçiriləcək.