Qusarda "İncəsənət özünüinkişaf vasitəsi kimi” layihəsinin bağlanış tədbiri keçirilib. Bu barədə ShimalNews 28 aprel tarixində Resource HUB-a istinadən məlumat verir.
Tədbir Zabit Rizvanov adına İmamqulukənd orta məktəbində Resource HUB-nin rəhbərliyi, İmamqulukənd məktəb kollektivi və digər qonaqların iştirakı ilə baş tutub.
Layihə rəhbəri Suqra Cəfərova görülən işlər haqqında məlumat verdikdən sonra təşəbbüs iştirakçıları incəsənət alətlərindən istifadə etməklə öz təqdimatlarını nümayiş etdiriblər.
Məktəblilər düzgün ixtisas seçiminə hazırlanmaqla, onların daha uğurlu karyera imkanlarına malik olması baxımından incəsənət alətlərindən və qeyri-formal təhsil metodları vasitəsilə yumşaq bacarıqların artırılması və tətbiqi ilə tanış olublar.