Qusarda 27 nəfər qızılcaya yoluxub. Bu haqda ShimalNews 7 dekabr tarixində Bizim.Media-ya istinadən xəbər verir.
Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalova bildirib ki, onlardan 24-ü məktəblidir. Bu fakt Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov tərəfindən təsdiqini tapıb.
Xəstəlik qeydə alınan məktəblərdə dezinfeksiya aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmırlar.