Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında Bakı sakini saxlanılıb. Bu barədə Shimal.news 23 noyabr tarixində Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
Noyabr ayının 22-də saat 03:20-də 18 yaşlı Nəriman Vəlizadə dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətində keçməyə cəhd edərkən (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsi tərəfindən tututlub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.