top
Quldurluq edib ölkədən qaçana AĞIR CƏZA
04 dekabr 2025, 13:40
- ↺ +

Quldurluq edib ölkədən qaçana AĞIR CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Şəki Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Fərid Bolayev barəsində çıxarılmış hökmə qarşı verilən apellyasiya şikayətinə baxış başa çatıb.

Pravda.az-ın məlumatına görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2019-cu il avqustun 16-da üç nəfər naməlum şəxs Zaqatala rayonunun Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub. Onlar ev sahiblərinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib və pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirərək ərazidən qaçıblar.

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən mənzilə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin rayonun Kebeloba kənd sakinləri – 31 yaşlı Fərhad Zəngiyev, 21 yaşlı İsmayıl Zəngiyev və Fərid Bolayev tərəfindən törədildiyi müəyyən edilib. Fərhad və İsmayıl Zəngiyevlər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onların cinayət zamanı istifadə etdikləri əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb. Araşdırma zamanı həmçinin məlum olub ki, Fərhad Zəngiyevin ev sahibləri ilə qohumluq əlaqələri olub.

Hadisədən sonra Fərid Bolayev cinayət məsuliyyətindən yayınaraq ölkədən qaçıb və 2024-cü ilin avqustunda Rusiyada saxlanılıb. Daha sonra o, Azərbaycana ekstradisiya edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Bolayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər