Quba şəhərindəki reabilitasiya mərkəzinə İsraildən və Bakıdan həkimlər gələcəklər. Bu barədə ShimalNews 3 may tarixində məlumat verir.
Mayın 6-sı “Günəş” Reabilitasiya Mərkəzinə təşrif buyuran tibb işçiləri şəhid və qazi ailələri üçün ödənişsiz konsultasiya keçirəcəklər.
Autizm, ləngimə, kəkələmə, əlilliyi olan və s. xəstəliklərlə bağlı müraciət edə bilərlər. Qəbulda şəxsiyyət vəsiqəsi tələb olunur.