Qubada “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 13 may tarixində məlumat verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan tədbir Rayon Mərkəzi Xəstəxanasında təşkil edilib. Məqsəd insanların diqqətini ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinə cəlb etmək, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.
Aksiyada TƏBİB-nin icraçı direktorunun müavini Anar İsrafilov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov, digər rəsmi şəxslər iştirak ediblər.