Quba rayon İcra Hakimiyyəti şəhərdə yaşıllaşdırma işlərini həyata keçirmək üçün tender keçirib.
Shimal.News Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir ki, “Star Təmir Conctruction” MMC ilə 247.776,4 manat məbləğində müqavilə imzalanıb.
İcra Hakimiyyəti 1900 kv.m ərazidə 7500 ədəd ağacın əkilməsini nəzərdə tutulub. Eləcə də ərazi tullantılardan təmizlənməsi icra olunacaq.