Qubanın icra başçısı Ziyəddin Əliyev Qəçrəşdə sakinlərlə görüşüb. Bu barədə ShimalNews 30 yanvar tarixində icra hakimiyyətinə istinadən məlumat verir.
Görüşdə rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə icra başçısı tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.