Qubadan olan iş adamlarına məxsus bazarda yanğın başlayıb. Bu haqda ShimalNews 1 dekabr tarixində məlumat verir.
Hadisə Moskvada yerləşən “Sadovod” bazarındakı pavilyonların birində qeydə alınıb. Hazırda burada insanların təxliyəsi həyata keçirilir. Yanğının başvermə səbəbləri və ərazisi müəyyənləşdirilir.
Ticarət mərkəzi Qod Nisanov və Zarah İliyevə məxsusdur. Onun 40 hektardan çox ərazisi var.