Qubada alma bitkisinin növbəti hibrid və seleksiya bağları salınıb. Bu barədə ShimalNews 4 dekabr tarixində məlumat verir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində “Meyvə bitkilərinin seleksiyası” şöbəsinin əməkdaşları yeni ağacları təkrar hibridləşdirmə yolu ilə əldə ediblər.
Hibridlərin yaradılmasında xalq seleksiyası olan Şıxı Canı, Əyyubi, Qızıl Əhmədi, introduksiya edilmiş sortlardan Yeva, Uttared və s., ana valideynlər olaraq Azərbaycan, Payızlıq Quba, Qışlıq Quba və s. sortlardan istifadə edilib.
Salınan növbəti seleksiya bağında Ülvi, Sevinc, Lalə, Nigar, Zümrüd, Məxməri və Qızıl Tac sortları əkilib.