Quba rayonunda baş vermiş yanğınlar tam söndürülüb. Bu barədə ShimalNews 22 avqust tarixində Report-a istinadən məlumat verir.
Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində müşahidə edilən yanğınlar söndürülüb.
Ümumilikdə baş vermiş fəlakət nəticəsində Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə 5000 hektar sahədə meşə və meşəətrafı ərazi, örüş və biçilmiş əkin sahələri yanıb.