Qubada Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Bu barədə ShimalNews 30 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir Quba rayon Mədəniyyət Mərkəzinin Əlibəyqışlaq kənd klubunda baş tutub. Tədbir zamanı “Xan qızı” adı ilə tanınan, el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsinin həyat və yaradıcılığı haqda məlumat verilib.