Bu gün “Azərxalça” ASC-nin Quba filialında səyyar kitabxana xidməti təşkil olunub. Bu barədə ShimalNews 15 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir “Xalçalarımız milli-mənəvi sərvətimizdir” başlığı altında keçirilib. Burada Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları müəssisədə çalışanlara kitabları təqdim ediblər.
Daha öncə Amsar kənd kitabxanasının qarşısında oxşar tədbir keçirilmişdir.