Qubada uşaqlar üçün səyyar kitabxana xidməti təşkil olunub

10 İyun 2022, 12:35

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi FB

Quba rayonunda səyyar kitabxana xidməti təşkil olunub. Bu barədə ShimalNews 10 iyun tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Kitab sərgisi rayon mərkəzi kitabxanasının uşaq şöbəsinin əməkdaşları tərəfindən Amsar kənd kitabxanasının qarşısında təşkil olunub. Burada uşaq şöbəsinin fonduna daxil olmuş yeni kitablar nümayiş olunub. Kitabxanaçılar iştirakçılara kitablar haqqında qısa məlumat verib. Oxucular yeni kitablara həsr olunmuş sərgi ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.