Quba Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası uşaqların icbari dispanserizasiyası prosesi çərçivəsində Zərdabi qəsəbəsində olub. Bu haqda ShimalNews 26 dekabr tarixində məlumat verir.
Valideyn himayəsindən məhrum olan uşaqlar üçün tam orta internat məktəbində tibbi müayinələr aparılıb. Cərrah, nevroloq, stomatoloq, oftalmoloq, otorinolarinqoloq, pediatr, ginekoloq, dermatoloq tərəfindən müayinələr keçirilib, uşaqlardan qan analizləri götürülüb və müvafiq müalicələr təyin olunub.