Qubada ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər görülüb. Bu barədə ShimalNews 12 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən məişət tullantılarını xüsusi ayrılmış tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxs müəyyən olunub.
Onunla profilaktik söhbət aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.