Qubada ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. Bu barədə ShimalNews 11 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən məişət tullantılarını xüsusi ayrılmış tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunublar.
Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.