Qubada tikinti materiallarının qiymətlərində enmə müşahidə edilir. Bu barədə ShimalNews 1 avqust tarixində məlumat verir.
Hazırda tikinti bazarında taxtanın 1 kubu 430 manat təşkil edir. Qış mövsümündə isə həmin həcmdə olan məhsulun dəyəri 500-550 manat arasında dəyişirdi.
Satıcıların sözlərinə görə, taxtanın qiymətində enmə davam edəcək.