Quba rayonunda “Fiziki məhdudiyyətlər əngəl deyil” mövzusunda tədbir keçirilib. Bu haqda ShimalNews 2 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
“Şahdağ” hotelində Heydər Əliyevin 100 illiyi çərçivəsində baş tutan toplantıya digər rayonlardan gəlmiş 100 nəfərə yaxın fiziki qüsurlu uşaq qatılıb. Tədbirdə Quba RİH-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Pərvin Ağasıyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev iştirak ediblər.