Qubada məktəblilər üçün “Mütaliə saatı” keçirilib. Bu barədə ShimalNews 29 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir “Media şəhidləri parkı”nda baş tutub. Məktəblilər onları maraqladıran kitabları oxuyaraq mütaliə ediblər.
“Mütaliə saatı”nın təşkil edilməsində məqsəd uşaqların yay mövsümündə asudə vaxtlarının səmərəli təşkilidir. Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı həyata keçirilib.